Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz şəhərində ”Heydər Əliyev Azərbaycan Dilinin Himayədarı” adlı tədbir keçirildi.

21.02.2023

Fevralın 21-də Oğuz rayon Heydər Əliyev Mərkəzində 21 Fevral Ana Dili Günü münasibətilə “Heydər Əliyev Azərbaycan Dilinin Himayədarı”adlı dəyirmi masa təşkil edilib.
Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşları, YAP-ın Oğuz rayon təşkilatının sədr müavini Mehman Ramazonov,H.Babayev adına Oğuz rayon 1 nömrəli məktəbin müəllim və şagird kollektivi iştirak edib. Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova açıq elan edib, ana dili haqqında məlumat verib və videoçarx nümayiş olunub.
Daha sonra H.Babayev adına Oğuz rayon 1 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xuraman Məcidova, mərkəzin əməkdaşı Sevinc Rəsulova, Oğuz rayon Təhsil Sektorunun metodisti Günel Abdullayeva, YAP-ın Oğuz rayon təşkilatının sədr müavini Mehman Ramazanov Beynəlxalq Ana Dili Günü ilə bağlı məlumat verib.
Tədbirin sonunda şagirdlərin ifasında “Dilimiz, mənəvi sərvətimizdir”adlı ədəbi-bədii kompozisiya təqdim edilib.