Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala şəhərində “Heydər Əliyev milli–mənəvi dəyərlərin hamisidir” mövzusunda tədbir keçirildi.

14.02.2023

Fevralın 14-də Zaqatala rayon Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Tarix–Diyarşünaslıq Muzeyində Ümumilli Lider Heydər Əliyevin adını əziz tutaraq “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev milli-mənəvi dəyərlərin hamisidir” mövzusunda tədbir keçirilib. 
Rayon Tarix-Diyarşünaslıq muzeyinin  direktoru Səfər Ramazanov tədbiri açıq elan edərək, tədbir iştirakçılarını sərgiyə baxmağa dəvət edib. Nümayiş olunan “Heydər Əliyev” guşəsində muzeyin əməkdaşı Xədicə Həsilova  Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, siyası fəaliyyətindən  danışıb. Tədbirdə iştirak edən Mərkəzin bədii rəhbəri Samirət Hümbətova, Mərkəzin metodisti Tahirə Pirimova Ümumilli Lider Heydər Əliyevin Mədəniyyət sahəsində göstərdiyi yüksək xidmətlərindən, Azərbaycan xalqına bəxş etdiyi gözəlliklərdən, Ulu Öndər Heydər Əliyevin  milli – mənəvi dəyərlərindən danışıblar.
Tədbirdə xatirə şəkilləri çəkilib, muzeyin eksponatlarına baxış keçirilib.