Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mirvari Zeynalova: Mədəni sərvətlərimizin dünya mədəni irs siyahısına daxil edilməsi bizi çox sevindirir

19.12.2017

Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqımızın yenidən sahib olduğu milli dəyərlər sırasında atüstü milli oyunlar da var. Ümummilli lider Heydər Əliyev əcdadlarımızdan bizə miras qalmış zəngin maddi və mənəvi irsə böyük diqqət və qayğı ilə yanaşmağı dönə-dönə tövsiyə edib, azərbaycançılıq ideologiyasının formalaşmasında bunun vacib amil olduğunu daim xatırladıb. Fərəhli haldır ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev də milli mənəvi dəyərlərimizin qorunması və təbliğinə böyük önəm verir. Bu gün Azərbaycanın mədəni sərvətlərinin, milli irsimizin dünya mədəni irs siyahısına daxil edilməsi bizi çox sevindirir. İldən-ilə coğrafiyası genişlənən çövkən yarışlarının getdikcə daha böyük vüsət alması ölkəmizdə milli mənəvi dəyərlərə verilən önəmin bariz nümunəsidir.

Bu fikirləri Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.

Şəkidə Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışların ənənəvi keçirilməsinin sevindirici olduğunu vurğulayan Mirvari Zeynalova qeyd edib ki, əcdadlarımızın bizə miras qoyub getdiyi mənəvi sərvətləri yaşatmaq və təbliğ etmək hər birimizin vətəndaşlıq borcudur: “Bu işdə mədəniyyət müəssisələrinin də üzərinə çox böyük vəzifələr düşür. Biz üzərimizə düşən məsuliyyət hissinin böyüklüyünü və vacibliyini yaxşı dərk edir, keçmiş nəsillərdən bizə əmanət qalan milli dəyərlərimizi dirçəltməyi, onları gələcək nəsillərə daha təkmil formada təqdim etməyi özümüzün başlıca vəzifəsi və vətəndaşlıq borcu kimi qəbul edirik”. (mənbə: AZƏRTAC)