Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində tədbirlər davam etdirilir.

14.02.2023

Fevralın 14-də  Zaqatala rayon Heydər Əliyev Mərkəzinin  kitabxanasında "Gənclər sabahımızdır" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Mərkəz əməkdaşları, kitabxana oxucuları və gənclər iştirak edib.
Tədbirin əvvəlində qonaqlar Mərkəzlə ümumi tanış olmuş,daha sonra Ümummilli Liderin həyat və yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olublar. 
Tədbirdə çıxış edən Mərkəz əməkdaşları Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasının əlamətdar hadisə olduğunu vurğulayıblar. Müstəqil Azərbaycanın qurucusu, gənclərin dostu Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinə nəzər salaraq dahi şəxsiyyətin gənclər siyasəti ilə bağlı gördüyü işlərin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən danışıblar.