Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində intellektual yarış keçirildi.

08.02.2023

 Şəki Heydər Əliyev Mərkəzinin və Şəki GİKM-in birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş intellektual yarış keçirilib. İlk öncə iştirakçılar üçün Şəki Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Mərkəzin bələdçisi Xuraman Səmədova gəncləri Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən geniş ekspozisiya ilə tanış edib, onlara eksponatlar və fotoşəkillər haqqında ətraflı məlumat verib.
Daha sonra intellektual yarışa start verilib. İştirakçılara Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin həyatı və ölkəmizin tarixində əvəzsiz fəaliyyətini əhatə edən müxtəlif suallar ünvanlanıb. 
Yarışın sonunda qalib olan Əzimova Fidan Şükür qızına Şəki Heydər Əliyev Mərkəzinin fəxri fəmanı və hədiyyələr təqdim olunub.