Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayon Heydər Əliyev Mərkəzində Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar tədbir keçirildi.

07.02.2023

Fevralın 7-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Silahlı Qüvvələrinin giziri, Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun  doğum günü ilə əlaqədar tədbir keçirilib.

Tədbir Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndiliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Mərkəzin əməkdaşıları tərəfindən Mübariz İbrahimovun həyatından və  qəhrəmanlığından ətraflı məlumat verilib.

Sonda tədbir iştirakçılarına Mübariz İbrahimovun həyatını əks etdirən film nümayiş etdirilib.