07.02.2023
Ölkə başçısı cənab İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman onların məmnunluğunun təmin olunması ilə bağlı göstərişləri Şəki Regional Mədəniyyət İdarəsi tərəfindən daim diqqət mərkəzində saxlanılır. Hər bir vətəndaşa həssaslıqla yanaşılmaqla müraciətlərini fərdi qaydada sərbəst şəkildə bildirmək üçün lazımi şərait yaradılmışdır.
Fevralın 7-də Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov Şəki şəhərindən, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların müraciətləri region rəisi tərəfindən diqqətlə dinlənilmiş, onların işə qəbul və ümumi xarakterli digər müraciətlərinə baxılmışdır.
Müraciətlərə uyğun olaraq regional idarənin məsul işçilərinə dərhal tapşırıqlar verilib, digər məsələlər üzrə müvafiq izahlar bildirilib.
Vətəndaşlar onların qəbulunun və müraciətlərinin dinlənilməsinin təşkilindən və şəffaflığın təmin edilməsindən məmnunluqlarını bildirib, müraciətlərinin sərbəst şəkildə həyata keçirilməsinə regional idarədə lazımi şərait yaradılmasına, qayğılarına həssaslıqla və diqqətlə yanaşılmasına görə ölkə Prezidentinə öz minnətdarlıqlarını ifadə ediblər.