Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqata rayonunda 2 Fevral Gənclər Günü münasibətilə ”Heydər Əliyev və Azərbaycan gəncliyi”adlı tədbir keçirildi .

03.02.2023

Fevralın 2-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində 2 Fevral-Gənclər günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Tədbir Zaqatala rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

​Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı​ Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər ziyalıları, təhsil, mədəniyyət, idman sahəsində çalışan fəal gənclər və tələbələr iştirak ediblər.

Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə gəncləri təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulayıb.

Çıxış edənlər gənclərin respublikamızda bütün sahələrdə fəallıq təşkil etdiyini bildiriblər.

Sonda müxtəlif sahələrdə nailiyyətlər qazanmış bir qrup gənc Fəxri fərmanlarla təltif edilib.