Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhərində ”Mən həmişə gəncəm” mövzusunda intellektual yarışma keçirildi.

03.02.2023

Ulu Öndərin 100 illiyinə həsr olunmuş 2 fevral günündə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində "Mən həmişə gəncəm" mövzusunda intellektual yarış keçirilib. Mərkəzin müşaiyətçisi Elvin Nüsrətoğlunun müəllifi olduğu layihədə intellektual yarış iştirakçıları olaraq musiqi məktəblərinin və M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin komandaları iştirak edib.Münsiflər heyətində Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov, Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov, Şəki şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Eldar Rəcəbov, 2 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Tərlan Məmmədov, 3 nömrəli Uşaq musiqi məktəbinin direktoru Şəmsiyyət Əsgərova, 4 nömrəli Uşaq musiqi məktəbinin direktor əvəzi Sevil Rəsulova və MiHİ-nin Şəki rayon komitəsinin sədri.v.s.i.e.Nəzakət Əliyeva iştirak edib.

Aparıcısı Elvin Nüsrətoğlu olan intellektual yarışma 5 raunddan ibarət olub. Yarışmada Mədəniyyət Mərkəzi və tabeliyində fəaliyyət göstərən müəssisələrin işçilərindən ibarət "Mərkəzim" komandası qalib olub. Yarışda 2-ci nominasiya "Lider mən"in isə qalibi Gülnar Əhmədova olmuşdur. Yarışma arası fasilələrdə şən ovqatlı nəğmələrlə yarış iştirakçılarını daha da ruhlandırıblar. Komandaların azarkeşləri də onları öz alqışları ilə dəstəkləyib.

Yekunda MİHİ-nin Şəki rayon komitəsinin sədri vəzifəsini icra edən Nəzakət Əliyeva tərəfindən gənc ittifaq üzvləri mükafatlandırılıb.