Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz rayonunda 2 Fevral-Gənclər Günü ilə əlaqədar ümumrayon tədbiri keçirildi.

02.02.2023

 Fevralın 2-də M.F.Axundzadə adına Oğuz rayon Mədəniyyət Mərkəzində 2 Fevral-Gənclər Günü münasibəti ilə “Heydər Əliyev və Azərbaycan Gəncləri” adlı ümumrayon  tədbiri keçirilib. Tədbirdə Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov, Oğuz rayon idarə və müəssisələrində çalışan gənclər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Sonra  torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keşmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
  Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov  çıxışında, ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu, ölkəmizdə gənclər siyasətinin Azərbaycan gəncliyinin tarixi inkişafında müstəsna rolu olduğunu qeyd edib.
Sonra Oğuz rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vasif İsgəndərov və Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev çıxış edərək, bu gün əmin-amanlıq şəraitində yaşadığımız üçün gənc yaşlarında şəhid olan oğullarımıza, qazilərimizə, Vətən müharibəsi iştirakçılarına minnət borcumuzun olduğunu dilə gətiriblər.
Rəsmi hissənin sonunda Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov "2 Fevral Gənclər Günü" münasibəti ilə Oğuzlu gəncləri, eləcə də bütün Azərbaycan gənclərini təbrik edib, gələcəyimizin qurulması işində uğurlar arzulayıb.
Sonra fəal oğuzlu gənclər Fəxri Fərman və Diplomla mükafatlandırılıblar.
Tədbirin bədii hissəsində Oğuz rayon Uşaq Musiqi Məktəbinin şagird və müəllimlərinin ifasında iştirakçılara xoş ovqat bəxş edən musiqi nömrələri təqdim olunub.