27.01.2023
Yanvarın 26-da Zaqatala rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Çobankol kənd Mədəniyyət evində 2023-cü ilin "Heydər Əliyev İli " elan edilməsi ilə bağlı mədəniyyət işçiləri "Azərbaycanın xilaskarı " başlığı altında dəyirmi masa keçirib. Tədbirdə mədəniyyət işçiləri və məktəblilər iştirak edib.
Mədəniyyət evinin əməkdaşaları çıxış edərək bildiriblər ki, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
Tədbirdə həmçinin məktəblilər də dahi şəxsiyyətlə bağlı öz düşüncələrini bölüşüblər.