Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz rayonunda “Heydər Əliyev Azərbaycançılıq ideologiyasının banisidir” adlı tematik dərs keçirildi.

25.01.2023

Yanvarın 25-də Oğuz rayon Heydər Əliyev Mərkəzində Ümumilli  Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev Azərbaycançılıq ideologiyasının banisidir” adlı tematik dərs keçirilib.

Tədbirdə mədəniyyət işçiləri və  rayonun ictmaiyyət nümayəndələri  iştirak edib.Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova Ümummilli Lider Heydər Əliyevin həyatı və fəalıyyəti haqqında ətraflı məlumat verib, həmçinin mövzu haqqında videoçarxlar nümayiş olunub.

Tədbirdə iştirak edən Şəki Regional Mədəniyyət İdarəsinin Oğuz rayon nümayəndəsi Elvin Qarayev, rayon İcra Hakimiyyətinin əməkdaşı Ceyhun Səmədov, Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsləhətçisi Samir Salehov  və YAP-ın Oğuz rayon təşkilatının sədr müavini Mehman Ramazanov müstəqil Azrbaycanın qurucusu Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində rolu haqqında geniş çıxış ediblər.

 Tədbirin sonunda Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova  hər kəsə tematik dərsdə  iştiraklarına  görə təşəkkür edib.