21.01.2023
Yanvarın 21-də Şəki şəhər 4 nömrəli Uşaq Musiqi məktəbində Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın yaradıcılıq gecəsi keçirilib.
Tədbirin əvvəlində şəhidlərin və mərhum bəstəkarın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İlk öncə Məktəbin müəllimi Məmişova Gülnarənin təqdimatında bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verilib.
İstedadlı bəstəkar haqqında videoçarx təqdim edilib.
Yaradıcılılıq gecəsində bəstəkarın bir-birindən özəl əsərləri məktəbin bir qrup müəllim və şagirdlərinin ifasında səsləndirilərək tamaşaçılarda xoş ovqat yaradıb.
Sonda Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov çıxış edərək bəstəkar haqqında bildirib ki, hər bir insan dünyaya gəldiyi ilk andan qismətinə düşən ömür payını yaşamağa başlayır. Və belə qənaətə də gəlmək olar ki, hər bir insanın doğum tarixi o şəxsin "həyat məktəbi" nə qədəm qoyduğu gündür. Beləcə bu gündən başlayır hər bir insanın həyat dərsləri.
Sonda çıxış edən məktəbin direktor əvəzi Sevil Rəsulova öz xoş sözlərini söyləyib və tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.
Sonda xatirə şəkili çəkilib.