Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayonunda ”20 Yanvar müstəqilliyimiz uğrunda mübarizənin təməl daşıdır” adlı tədbir keçirildi.

19.01.2023

Balakən rayon 2 saylı Diyarşünaslıq klubunda "20 Yanvar müstəqilliyimiz uğrunda mübarizənin təməl daşıdır" adlı tədbir keçirilib.
Tədbirdə çıxış edənlər bildirib ki, 33 il əvvəl Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları o qanlı gecədə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Tariximizə həm də milli qürur günü kimi düşən bu gündə Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı.