Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayonunda ”Həm hüzn, həm də qürur günümüz- 20 Yanvar” adlı tədbir keçirildi.

18.01.2023

Yanvarın 18-də Qax MKS -nin Ağçay kənd kitabxanasında

20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə " Həm hüzn, həm də qürur günümüz- 20 Yanvar" adlı dəyirmi masa təşkil olunub.

Dəyirmi masada 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağrı və acı ilə xatırlanacaq bir gün kimi deyil, eyni zamanda xalqımızın şan və şərəf günü kimi yadda qalmasından, bu hadisələrin Azərbaycan xalqının azadlıq mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahib olmasından danışılıb.

Sonda məktəblilər üçün "Azadlığa gedən yolun zirvəsi" adlı film nümayiş olunub.