Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş “Tarixin silinməz səhifələri” mövzusunda kompozisiya təşkil edildi.

18.01.2023

M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Səməd Vurğun adına Folklor evinin kollektivi 20 Yanvar Hüzn Gününə həsr olunmuş “Tarixin silinməz səhifəsi” mövzusunda ədəbi- bədii kompozisiya təşkil edib. Kompozisiyada folklor evinin kollektivi və şəhər 11 saylı tam orta məktəbin şagirdləri iştirak edib.

Folklor evinin kollektivi qəhrəmanlıq salnaməsinin yazıldığı, azadlıq carçılarının uyuduğu, qəhrəman oğul və qızlarımızın qanı və canı bahasına tarix yazdığı Şəhidlər Xiyabanına ekskursiya təşkil edib. Öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra folklor evinin kollektivi şəhidlərin məzarı üzərinə tər qərənfillər düzərək, ruhlarını hörmət və etiramla yad ediblər.

Beləcə folklor evinin əməkdaşları Şəhidlər xiyabanında təmizlik işləri aparıb. 11 saylı tam orta məktəbin şagirdləri şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər.

Sonda folklor evinin direktoru Şahmar Əsədov çıxış edərək tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, 20 Yanvar faciəsi 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Sovet qoşunlarının Bakıya yeridilməsi və dinc əhaliyə divan tutulması nəticəsində baş verib.