Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq Azərbaycanın qəhrəmanlıq və qürur günü ”adlı dəyirmi masa təşkil edildi.

18.01.2023

Yanvarın 17-də Oğuz rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə "Azərbaycanın qəhrəmanlıq və qürur günü" başlığı altında dəyirmi masa təşkil edilib.Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşları, YAP-ın Oğuz rayon təşkilatının sədr müavini Mehman Ramazanov, Tarix-diyarşünaslıq muzeyinin, M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin, MKS-nın əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova açıb.Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.20 Yanvar 1990-cı il hadisələrindən bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra Heydər Əliyev Mərkəzinin elmi işçisi Sevinc Rəsulova "Azərbaycanın qəhrəmanlıq və qürur günü"adlı, mərkəzin fond mühafizi Şəbnəm Əlibəyli "20 Yanvar faciəsi zamanı Heydər Əliyevin haqq səsi "adlı məruzə ilə çıxış ediblər.Tədbirdə çıxış edən YAP-ın Oğuz rayon təşkilatının sədr müavini Mehman Ramazanov, Oğuz Tarix-diyarşünaslıq muzeyinin direktoru Arizə Xuduyeva, M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin direktoru v.s.m.ə.e Anar Hüseynov da 20 Yanvar faciəsini ağrı -acılarından danışıb.
Tədbirin sonunda "Qan yaddaşımız"adlı sərgiyə baxış keçirilib.