18.01.2023
Yanvarın 17-də Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov Şəki şəhərindən, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.
Qəbula gələn vətəndaşların müraciətləri regional idarənin rəisi tərəfindən dinlənilib və onların həlli istiqamətində müvafiq tapşırıqlar verilib. Digər müraciətlər isə araşdırılaraq qanun çərçivəsində həll edilməsi və müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.