Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz rayonunda “Şuşa İli” münasibətilə ”Musiqi beşiyimiz Şuşa” adlı tədbir keçirildi.

23.12.2022

Dekabrın 23-də  M.F.Axundzadə adına Oğuz rayon Mədəniyyət Mərkəzində Oğuz rayon Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə “Şuşa ili” çərçivəsində "Musiqi beşiyimiz Şuşa” adlı konsert təşkil edilib.
Tədbirin əvvəlində torpaqlarımızın azadlığı uğrunda canını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı Oğuz rayon Uşaq Musiqi Məktəbinin müəllimi, xanəndə Eyvaz Lətifovu səhnəyə dəvət edib.
Eyvaz Lətifov, məktəbin müəllim və şagirdlərinin ifasında səsləndirilən mahnılar tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Tədbirin sonunda Şəki Regional Mədəniyyət İdarəsinin Oğuz rayon üzrə nümayəndəsi Elvin Qarayev və Oğuz rayon Uşaq Musiqi Məktəbinin direktoru Nadir Bəbirov çıxış edərək konsertin təşkilində əməyi olan  və konsert tədbirində iştirak edən hər kəsə təşəkkürlərini bildiriblər.
Oğuz rayon Uşaq Musiqi Məktəbinin müəllimi Eyvaz Lətifova və şagirdlərinə hədiyyələr təqdim edib.