21.12.2022
Dekabrın 21-də Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin təşklatçılığı ilə Qaxingiloy kənd Mədəniyyət evində “Zəfərin mübarək, Azərbaycanım” adlı ədəbi-bədii gecə keçirilib.
Tədbirdə Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov, rayon ictimaiyyətinin nümayəndələri, mədəni-maarif müəsisələrinin işçiləri, ziyalılar, orta məktəb müəllimləri və gənclər iştirak edib.
İştirakçılar öncə mədəniyyət evinin foyesində Qax rayon Uşaq İncəsənət məktəbinin təsviri incəsənət şöbəsinin şagirdlərinin rəsmlərindən ibarət sərgiylə tanış olublar.
Tədbir Uşaq İncəsənət məktəbinin nağara müəllimi İlham Nəzirovun rəhbərliyi ilə "Nağaracalanlar" ansamblının ritimləri ilə başlayıb və Sahib Şərifovun rəhbərlik etdiyi “Çeşmə” instrumental ansamblının çıxışı ilə davam edin.
Tədbirdə II Qarabağ müharibəsının iştirakçıları Fərid Kərimovun, Niyazi Mirzəbəyovun, “Xalq ulduzu” yarışmasının iştirakçısı Arzu Dunusovanın, “Simurq” mükafatının laureatı Xuraman Camalovanın, Əfrayım Yəhyayevin ifa etdiyi mahnılar alqışlarla qarşılanıb.
Azad Şuşamızda keçirilən “Xarıbülbül” festivalının iştirakçısı olmuş Qaxingiloy kənd Mədəniyyət evinin “Şvidkasso” Gürcü Xalq xorunun, “İmedi” rəqs kollektivinin, Ağyazı kənd mədəniyyət evinin “Samur” folklor kollektivinin və İncəsənət məktəbinin “Tumurcuq” rəqs kollektivinin çıxışları tədbirə xüsusi ahəng qatıb.
İ.Dağıstanlı adına Xalq teatrının aktyorlarının ifasında Azadə Talehin “Xarıbülbül” əsərindən bir hissə göstərilib.
Tədbir Lalə İlyasovanın ifasında tədbir iştirakçıları ilə birgə “Qarabağ Azərbaycandır” mahnısı ilə yekunlaşıb.
Sonda Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov və
Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova çıxış edərək tədbirin təşklatçılarına minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkilib.