Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz rayon Uşaq Musiqi Məktəbində Əhməd Bakıxanovun 130 illik yubileyinə həsr olunmuş konsert keçirildi.

17.12.2022

Dekabrın 17-də Oğuz rayon Uşaq Musiqi  Məktəbində məktəbin şagirdləri Əhməd Bakıxanovun 130 illik yubileyi ilə əlaqədar konsert proqramı ilə çıxış ediblər.
Konsertdə məktəbin müəllimləri, şagirdləri və şəhər ictimaiyyəti iştirak edib.
Konsertin əvvəlində ustad tarzənin Azərbaycana verdiyi töhfələr haqqında geniş məlumat verilib.
Konsertdə məktəbin şagirdlərinin ifasında tarın müşayiəti ilə musiqi parçaları dinlənilib.