Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayon Uşaq İncəsənət Məktəbində Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert keçirildi.

17.12.2022


Dekabrın 17-də Balakən rayon Uşaq İncəsənət Məktəbində məktəbin müəllim və şagirdləri  Fikrət Əmirovun 100 illik yubileyi ilə əlaqədar konsert proqramı ilə çıxış ediblər.
Konsertdə Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov, məktəbin müəllimləri, şagirdləri və şəhər ictimaiyyəti iştirak edib.
Konsertdə məktəbin şagirdlərindən  ibarət xalq çalğı alətləri ansamblı və xor kollektivinin ifasında Fikrət Əmirovun "Odlar ölkəsi", " Göy- göl" və "Qatar" mahnıları səslənmiş, fortepiano, tar, kamança ixtisasları üzrə təhsil alan şagirdlərin ifasında isə bəstəkarın 12 minüatür silsiləsindən pyeslər və musiqi parçaları dinlənilib.
Sonda Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov çıxış edərək Fikrət Əmirova xalqın və dövlətin verdiyi dəyərdən söhbət açaraq, bəstəkarın Azərbaycana verdiyi töhfələr haqqında geniş məlumat verib.
Sonda konsertin təşkilatçıları ilə xatirə şəkli çəkilib.