Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz rayonunda mədəniyyət işçilərinin iştirakı ilə ”Oğuz eli” adlı intellektual bilik yarışı keçirildi.

08.12.2022

  Dekabrın 8-də Şəki Regional Mədəniyyət İdarəsinin Oğuz rayon nümayəndəliyinin təşkilatçılığı, Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının Oğuz rayon komitəsinin və Oğuz rayon İntellektual oyunlar klubun rəhbəri Rövşən Salehovun dəstəyi və mədəniyyət işçilərinin iştirakı ilə "Oğuz eli" intellektual bilik yarışı keçirilib. 
   
  Yarışmada rayon mədəni-maarif müəssələrinin hər biri bir komanda ilə təmsil olunublar.            
  Yarışma Dövlət himni səsləndirilməsi başlayıb, intellektual oyunda mədəniyyət, ədəbiyyat,  tarix və başqa sahələr üzrə sualar səsləndirilib.
   Yarışmanın qalibi Oğuz rayon Heydər Əliyev Mərkəzi olub.    
 Sonda komandalara nümayəndəlik adından diplom və təşəkkürnamələr, Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının Oğuz rayon komitəsi tərəfindən isə müxtəlif hədiyyələr təqdim edilib.
 Yarışmanın keçirilməsində məqsəd mədəniyyət işçilərinin bilik səviyyələrinin müəyyən etməkdən və gələcək fəaliyyətlərində onları həvəsləndirməkdən  ibarət olub.