Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə korrupsiya risklərinə qarşı maarifləndirici tədbir keçirildi.

28.11.2022

Noyabrın 28-də Şəkidə korrupsiya risklərinə qarşı maarifləndirici tədbir keçirilib. M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində təşkil edilən tədbirdə Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov, baş məsləhətçilər, məsləhətçilər və regionun mədəni-maarif müəssisələrinin rəhbərləri iştirak edib.
Tədbirdə çıxış edən regional idarənin rəisi Azər Yusubov geniş çıxış edərək bildirib ki, ölkə başçısının təsdiq etdiyi "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illəri əhatə edən bu çoxşaxəli Milli Fəaliyyət Plan"ı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır.
Həmçinin qeyd edilib ki, işlərimizdə həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, şəffaflığın artırılmasına, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin keyfiyyət etibarilə yaxşılaşdırılmasına, ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa edilməsində vətəndaş məmnunluğunu həyata keçirməliyik.
Sonda  müəssisələrə bu istiqamətdə işlərində diqqətli olmağa və şəffaf fəaliyyətə üstünlük  vermələri tapşırılıb.