Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şuşa ədəbi məktəbinin nümayəndəsi Yusif Vəzir Çəmənzəminli

24.11.2022

Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabr ayının 12-də Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur.Yusif Vəzir ilk əvvəl Şuşada “Kar Xəlifə”ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində oxuyur.Molla Mehdinin yanında təhsilin səmərəsiz olduğunu hiss edən Məşədi Mirbaba oğlu Yusifi Ağdama aparır və onun təhsili ilə özü məşğul olur.Ona türk və fars dillərini öyrədir.Yusifin atası onun rusca öyrənməsini də istəyirdi.Ağdamda rus məktəbi olmadığı üçün Muradbəylidəki rus məktəbinə getməli olur.Yusif bir il bu məktədə oxuyandan sonra hazırlaşıb, realnı məktəbinə girmək üçün 1896-cı ildə Şuşaya qayıdır və imtahan verib, Şuşa realnı məktəbinə daxil olur.
Yusif Vəzir Şuşa realnı məktəbinidə təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şikayət tərzində yazılmış “Jaloba”adlı ilk şeirini rusca yazmışdı.Yusif Vəzir yazdığı bir neçə şeirini Şuşa realnı məktəbindəki rus dili müəllimi  Klemiyə göstərir.Müəllim şeirləri gözdən keçirib, ona Çexovu oxumağı məsləhət görürür.Çexovun şirin və duzlu hekayələri Yusif Vəzirin çox xoşuna gəlir.
Yusif realnı məktəbdə oxuyan zaman əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində “Fokusnik”adlı , əl ilə yazılmış yumoristik və karikaturalı aylıq jurnal çıxarırdılar.Bu  jurnalda verilən yazılar həcmcə kiçik olsa da, məzmunca diqqəti cəlb edirdi.
Yusif Vəzirin “Çəmənzəminli “təxəllüsünü qəbul etməsi Cənubi Azərbaycanın Çəmənzəminli kəndindən gəlmiş sədaqətli qonşularına bəslədiyi hörmət və məhəbbətdən irəli gəlir.Vəzirov “Çəmənzəminli”təxəllüsündən 1911-ci ildən etibarən istifadə etməyə başlamışdı.
Şuşada yaranan erməni-müsəlman toqquşmaları nəticəsində azərbaycanlı tələbələr məktəblərini tərk etmək məcburiyyətində qalırlar.Yusif Vəzir də təhsinidavam etdirmək üçün Bakıya gedib, realnı məktəbin altıncı sinfinə daxil olur.O, böyük səylə oxumaqla bərabər ictimai  işlərlə də məşğul olur.Yusif  Vəzir xalqın məişətini, onun adət və ənənələrini həyat tərzini bilərək 1907-ci ildə “Şahqulunun xeyir işi” adlı hekayəsini yazır.Bu hekayə ilk dəfə 1911-ci ildə “Səda”qəzetində çap olunur.
Yusif Vəzir 1909-cu ildə Bakı realnı məktəbini bitirib, təhsini davam etdirmək üçün həmin ilin iyul ayında Peterburqa gedib, sənədlərini Mülki Mühəndislər İnstitutuna verir, riyaziyyata qələbə çalmayacağını  hiss edib, sənədlərini geri alır.Orada qaldığı vaxtdan istifadə edib, məşhur “Cənnətin qəbzi” hekayəsini və  Qafqazın fəth edilməsinin 50 illiyi münasibətilə  Dağıstanın məşhur milli qəhrəmanı olan Şeyx Şamili yada salaraq ona şeir həsr edir.Bir aydan sonra Yusif Vəzir Peterburdan Aşqabada qayıdır.O, Aşqabadda qaldığı müddətdə latıncanı  öyrənməyə başlayır, sonra isə Daşkəndə gedib,altı ay kursda oxuyur və Daşkənd gimnaziyasında imtahan verib, unveristetə girmək hüququ qazanır.
Yusif Vəzir 1910-cu ildə Kiyevə gedib, Müqəddəs Vladimir adına İmperatur Unveristetinin hüquq fakultəsinə  daxil olur.Yusif Vəzir Kiyevdəki  5 illik  tələbəlik dövründə də vətənilə heç bir zaman əlaqəni kəsmir.Yusif Vəzir Bakıda nəşr olunan qəzetləri və jurnalları müntəzəm olaraq alır və Azərbaycanda baş verən hadisələrlə yaxından tanış olurdu.Eyni zamanda öz yazılarını da Bakıda çıxan qəzetlərdə çap etdirirdi.Yusif Vəziri düşündürən əsas məsələlərdən biri də Azərbaycan dilində kitabların nəşri və yayılması olmuşdu.O, bu məqsədlə Kiyevin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrdən ibarət xüsusi nəşriyyat heyəti təşkil etmişdi.Bu barədə Yusif Vəzir 1911-ci il iyun ayının 3-də “Səda”qəzetində çap etdirdiyi”Kiyevdə heyəti – nəşriyyat təşkili”məqaləsində yazırdı:”kitabçalar bir ədəbiyyata dair olmayıb, siyasi ,tibbi, tarix, iqtisadi məsələlərdən də bəhs edəcəkdir”.
Yusif Vəzirin xalq nağıllarından götürülmüş, uşaqlar üçün yazdığı məşhur “Məlk Məmməd”nağılı 1910-cu ildə Kiyevdə yazılmış və 1911-ci ildə kitabça şəklində nəşr olunmuşdu.Yusif Vəzir 1912-ci ildə “Yeddi hekayə”, 1913-cü ildə isə “Həyat səhifələri”adlı kitablarını Kiyevdə çap etdirir.Beləliklə,Yusif Vəzirin Kiyevdəki 5 illik tələbəlik həyatı ədəbi və elmi sahədə çox əlverişli olmuşdu.O zaman o, dini məsəls, qadın məsələləri və uşaq tərbiyəsi ilə son dərəcə maraqlanırdı.Nəticədə”Arvadlarımızın halı”, “Qanlı göz yaşları”, “Ana və analıq”kitabları meydana çıxır.
"Qızlar bulağı”,”Studentlər””1917-ci il”romanlarını yazıb, çap etdirən Yusif Vəzir 1937-ci ilin aprel ayında tamamladığı “İki od arasında”adlı tarixi romanı işdən çıxarıldığı üçün çap etdirə bilməmişdi.Öz sağlığında nəşr etdirmək qismət olmayan Yusif Vəzirin bu tarixi romanı ilk dəfə 1964-cü ildə “Azərbaycan”jurnalında müəyyən ixtisarla “Qan içində” adı ilə çapdan çıxmışdı.Azərbaycan  Demokratik Cumhuriyyətinin Nazirlər Şursının sədri Nəsib bəy Yusifbəyovun təklifi ilə 1919-cu ildə yeni yaranmış Respublikanın səfiri kimi İstanbula göndərilir.Yusif Vəzir İstanbulda diplomatik işlə məşğul olmaqla  yanaşı, öz ədəbi fəaliyyətini də davam etdirir.
1937—38-ci illərdə repressiyaya məruz qalan Azərbaycanın bir qrup elm və mədəniyyət xadimlərindən Bəkir Çobanzadə, Nurməmməd bəy Şahsuvarov, Hənəfi Zeynallı, Hacıbaba Nəzərli və başqalarının verdikləri ifadələr əsasında 1940-cı il yanvar ayının 25-də Yusif Vəzir Urgəncdə həbs edilib, Bakıya gətirilir.O,altı aya yaxın Keşlə həbs düşərgəsində saxlanıldıqdan sonra 1940-cı ilin iyul ayının 3-də Nijni-Novqorod vilayətinin  Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində ürək tutmasından vəfat edib və orada dəfn olunub.
1956-cı ildə Yusif Vəzir Çəmənzəminliyə bəraət verilib.
Ədibin bu il anadan olmasının 135 ili tamam olur.

Elvin Qarayev
Şəki Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi