Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayon Mədəniyyət Mərkəzində ”Yaşa, ucal Azərbaycan” başlığı altında tədbir keçirildi.

24.11.2022

Noyabrın 24-də Balakən rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Mərkəzdə "Yaşa, ucal Azərbaycan"  başlığı altında tədbir keçirilib.
Tədbirdə Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və mədəni-maarif müəssisələrinin işçiləri iştirak edib.
Tədbirin əvvəlində Dövlət himni səsləndirildikdən sonra  Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov Azərbaycanın şəhidlərini və qəhrəman oğullarını yad edərək bildirib ki, Prezident İlham Əliyevin bildirdiyi kimi Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.
Daha sonra mədəniyyət işçiləri tərəfindən hazırlanmış şeir kompozisiya, hərbi vətənpərvərlik mövzusunda yazılmış mahnılar, rəqs kompozisiya və folklor kollektivlərinin ifasında təmburda səslənən haylalar tədbir iştirakçılarına təqdim olunub.
Şəhid ailələrinin üzvləri və qazilər çıxışları zamanı geniş şəkildə qeyd ediblər ki, Azərbaycanın bütövlüyü  və zəfəri xalqın vahidliyindən və məğrur duruşu ilə əlaqəlidir.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.