Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala Uşaq İncəsənət məktəbində narkomaniyaya qarşı maarifləndirici tədbir keçirildi.

24.11.2022

Noyabrın 24-də Zaqatala Uşaq İncəsənət məktəbində şagirdlərin iştirakı ilə  narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib.
Tədbirdə məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən məktəbin direktor Fərhad Acırqayev geniş məlumat verərək qeyd edib ki, uşaqların ən çox məktəb həyatında formalaşdıqları hər kəsə məlumdur. Məhz məktəb həyatında sabahın vətəndaşları gələcəkdə cəmiyyətdə hansı yola üz tutacaqlarını müəyyənləşdirirlər. Çünki evdəki mikromühitdən fərqli olaraq, burdakı məktəb həyatı daha geniş insan çevrəsini əhatə edir.Əksər vaxtlarda narkotik alverçiləri, məhz məktəbliləri hədəf olaraq seçirlər. Çünki hələ gözləri həyata təzəcə açılan, yaxşı ilə pisi bir-birindən hələ ayırd edə bilməyən yeniyetmə və gənclər, narkotik alverçilərinin toruna asanlıqla düşə bilirlər. Çox təəssüf ki, son vaxtlar məktəblilər arasında narkomaniyaya olan marağın artması narkotik alverçilərinin məktəb həyətlərinə “yol açmaları”na səbəb olur.Məktəb-valideyn əlaqələrinin olmaması, yenicə həyata atılan uşaq və yeniyetmələri kompassız gəmi kimi həyatın burulğanına aparır. Elə bir burulğana ki, oradan qayıdış möcüzəyə bağlıdır, yaxud çox vaxt heç mümkün də deyil.
Sonda məktəbin müəllimləri və şagirdləri mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.