Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhərində Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert proqramı təşkil olundu.

21.11.2022

Noyabrın 21-də Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin kollektivi Şəki Dövlət Regional Kollecinin zalında dünya şöhrətli bəstəkarımız Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert proqramı nümayiş etdiriblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov çıxış edərək bildirib ki, Fikrət Əmirov görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı olub.Fikrət Əmirov geniş və rəngarəng yaradıcılığa sahibdir.O, musiqinin bir çox janrında əsərlər yaratmış,milli musiqi tarixində ilk lirik opera sayılan "Sevil" onun tərəfindən yazılıb.
Daha sonra konsertdə Fikrət Əmirovun  yaradıcılığından bəhs edilib, əsərlərindən ifalar səsləndirilib.