17.11.2022
Noyabrın 17-də Oğuz rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin, Yeni Azərbaycan Partiyası Oğuz Rayon Təşkilatının və Şəki Regional Mədəniyyət İdarəsinin Oğuz rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Tolerantlıq-dövlət siyasəti və milli-mədəni dəyər ” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbənin məsləhətçisi Samir Salehov, Şəki Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Elvin Qarayev,
Yeni Azərbaycan Partiyası Oğuz Rayon Təşkilatının sədr müavini Mehman Ramazanov, rayonun İslam və qeyri İslam dini icmalarının nümayəndələri, din xadimləri və ziyalılar iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Ölkəmizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Şəhidlər Xiyabanını ziyarət edib, şəhid məzarları önünə gül dəstələri qoyub, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Çıxışlar zamanı qeyd olundu ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu multikulturalizm, dini həmrəylik və azərbaycançılıq ideyaları fonunda birgəyaşayış ənənələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərinin diqqət və qayğısı sayəsində Azərbaycanda dini müxtəlifliyin, birgəyaşayışın qorunub saxlanması və inkişafı üçün bütün dünyaya nümunə sayıla biləcək mühit yaradılmışdır.