Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə şəhid Fərid İzzətliyə həsr olunmuş ”Cənab Leytenant” adlı filmin nümayişi keçirildi.

02.11.2022

Noyabrın 2-də  Şəki Heydər Əliyev Mərkəzində Şəki Regional Mədəniyyət İdarəsinin və Kanal S-in dəstəyi ilə rejissor Elvin Nüsrətoğlunun müəllifi olduğu şəhid Fərid İzzətliyə həsr olunmuş "Cənab Leytenant" adlı filmin nümayişi keçirilib.

Filmin nümayişində Şəki Regional Mədəniyyət İdarəsinin rəisi  Azər Yusubov, mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, Şəki şəhər İH-nin nümayəndəsi Tural Məmmədov və şəhər ictimaiyyəti iştirak edib.

Filmin nümayişindən sonra Şəki Regional Mədəniyyət İdarəsinin rəisi  Azər Yusubov, şəhid atası Aydın Cabbarov və digərləri  çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını  ifadə edərək  şəhid Fərid İzzətlinin qəhrəmanlığından geniş danışıblar.