Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən Heydər Əliyev Mərkəzində ”Sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyi uşaqlar” adlı diskussiya təşkil edildi.

02.11.2022

Noyabrın 2-də  Balakən rayon Heydər Əliyev Mərkəzində Balakən Heydər Əliyev Mərkəzi və Mazımçay kənd kitabxana filialın birgə təşkilatçılığı ilə "Uşaq aylığı" çərçivəsində "Sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyi uşaqlar" başlığı altında diskussiya təşkil edilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin əməkdaşı Çinarə Bazarova qeyd edib ki, uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir.  Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən  sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad  kimi böyütmək  çətin və məsuliyyətli olduğu qədər də şərəflidir.

Daha sonra çıxış edən Mazımçay kənd kitabxana filialının müdiri Səbinə Eminayeva çıxışında vurğulayıb ki, bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uşaq hüquqlarının müdafiəsi, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilərək onların həyata keçirilməsi məqsədi ilə tədbirlər planı müəyyənləşdirilib. Bu sahədə aparılan işlərdən danışarkən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Məhz Mehriban xanımın rəhbərliyi altında Heydər Əliyev Fondu uşaqların təhsili, sağlamlığı ilə əlaqədar iri layihələrə imza atıb.
Tədbir diskussiya şəklində davam etdirilib.