Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə Şəki Regional Mədəniyyət İdarəsi tərəfindən növbəti şura iclası təşkil edildi

28.10.2022

Oktyabrın 28-də Şəki Regional Mədəniyyət İdarəsi tərəfindən Şəki şəhər Heydər Əliyev mərkəzində növbəti şura iclası təşkil edilib. Şura iclasında Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov, idarənin əməkdaşları, regionun mədəni-maarif müəssisələrinin rəhbərləri və  MİHİ-nin həmkarlar ittifaqlarının rayon komitələrinin sədrləri iştirak edib.
Şura iclasından əvvəl Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov və şura üzvləri tərəfindən Ulu önər Heydər Əliyevin heykəli önünə gül dəstələri düzülüb.
Şura iclası ilk öncə Azərbaycan Respublikasının dövlət Himninin səslənməsi  və Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla başlayıb. 
Şura iclasında uşaq musiqi və incəsənət məktəblərinin inkişaf istiqamətləri, müəllimlərin işə qəbulu prosesi və İncəsənət Məktəblərinin Elektron Sisteminin (İMES) tətbiqi və əhalinin asudə vaxtlarının səmərəli təkili üçün müvafiq tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə olunaraq şura iclasının üzvləri tərəfindən təkliflər və tövsiyələr dinlənilib.
Qeyd edək ki, şura iclasları hər 2 (iki) aydan bir Şəki Regional Mədəniyyət İdarəsinin əsasnaməsinə uyğun keçirilir.