Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayonunda ”Qarabağın tacı, Zəfərin rəmzi” adlı tədbir keçirildi

21.10.2022

Zaqatala rayon Mədəniyyət Mərkəzinin Suvagil kənd Folklor evində mədəniyyət müəssisələri və Zaqatala rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şuşa ili ilə əlaqədar "Qarabağın tacı, Zəfərin rəmzi" adlı tədbir keçirildi.

Tədbirə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, mədəniyyət işçiləri, icra aparatının məsul işçiləri, şəhid ailələri, müharibə iştirakçıları, kənd ictimaiyyəti iştirak etmişdi.

Tədbirdə  ilk öncə Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra yenilməz ordumuzun 44 günlük müharibədə göstərdiyi qəhrəmanlığından və mərdliyindən geniş danışıldı. Tədbirin bədii hissəsində vətənimizə,azad olunmuş Qarabağımıza aid şeirlər və mahnılar ifa olundu.