18.10.2022
Oktyabrın 18-də Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməklə Şəki şəhərindən,Qax, Zaqatala,Balakən rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbulda vətəndaşların müraciətləri regional idarənin rəisi tərəfindən dinlənilmiş, səsləndirilən məsələlər istiqamətində müvafiq tapşırıqlar verilmişdir. İşə qəbul ilə əlaqəli gələn şəxslərin lazımi sənədləri idarə tərəfindən qəbul olunmuşdur.
Qeyd edək ki, Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubovun qəbuluna vətəndaşlar öncədən qeydiyyata yazılmaqla rəhbərliyin qəbuluna yazıla bilərlər. Şəki Regional Mədəniyyət İdarəsinin İdarəsinin qəbul günləri hər həftənin 2-ci günü saat 10:00-dan 13:00-a kimi müəyyən edilmişdir.