Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayonunda qeyri-maddi irsin təbliği ilə bağlı maarifləndirici tədbir təşkil edilib

17.10.2022

Oktyabrın 17-də Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində keçirilmiş “YUNESKO –da qorunmaya alınmış qeyri-maddi mədəni irs nümunələrimiz”  mövzusunda maarifləndirici tədbir keçirilmişdir. 
Tədbir iştirakçılarına ilk növbədə YUNESKO tərəfindən qorunmaya alınmış qeyri-maddi mədəni irs​
nümunələrinə həsr olunmuş sərgi təqdim olunmuşdur. 
Tədbiri giriş sözü ilə açan MMərkəzin direktoru Kəmalə Məcidova YUNESKO-nun bəşəri dəyərlərin dünyada qorunması, oonların gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl iş apadığını, YUNESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın ölkəmizin qeyri maddi-mədəni irrsinin dünyada ttəbliği istiqamətində apardığı müstəsna xidmətlərindən söz açmışdır. 
Nuriyyə Əlimovanın Azərbaycan xalçaları və dünyanı heyran qoyan muğamlarımız haqqındakı çıxışı. Qax Uşaq İncəsənət Məktəbinin müəllimləri Adil Şirinovun və Məhəmməd Kərimovun ifa elədiyi​
musiqi nömrələri təbirə xüsusi rəng qatmışdır. 
Gülşad Paşayevanın B.Vahabzadənin​ “Muğam” poemasıında ifa elədiyi parça alqışlarla qarşılanmışdır. Rəna Məcidova, Taliə Məmmədova, Hökümə Əhmədli, Nailə Hacıxanova, Ceyran Rəcəbova, Təranə Məcidova və MKS-nin direktoru Güllü Əhmədova, Şəlalə qəzetinin baş redaktoru Xavər Əfəndiyeva YUNESKO tərəfindən qorunmaya həsr olunmuş qeyri-maddi mənəvi dəyərlərimiz haqqında maraqlı və yaddaqalan məlumalarla çıxış etmişdirlər. ”Nazik çörəyin hazırlanma və paylaşılma mədəniyyəti: lavaş, katrıma, yufka,jupka” kimi qeyri- maddi mənəvi ddəyərimiz haqqında danışıldıqdan sonra Turaclı kənd klubunun mədəni təşkilatçısı Reyhan İbrahimovanın hazırladığı lavaş tədbir iştirakçılarına təqdim edildi. 
Yekun sözü ilə çıxış edən Şəki Regional Mədəniyyət İdarənin Qax rayon üzrə nümayəndəsi Dilarə Əzizova tədbirin təşkilinə görə Mədəniyyət Mərkəzinin kollektivinə təşəkkürünü bildirmiş və hər bir azərbaycanlını milli dəyərlərimizə sahib durmağı,onu qorumalı və gələcək nəsillərə ərməğan etməyi tövsiyə etdi.
 Tədbir Adil Şirinovun ifa elədiyi “Şuşanın dağları” musiqi nömrəsi ilə başa çatmışdır.