Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə “Müstəqilliyimiz əbədidir” adlı konsert proqramı təşkil edildi

17.10.2022

 

 Oktyabrın 17-də Şəki Regional Mədəniyyət İdarəsinin və MİHİ-nin Şəki rayon komitəsinin dəstəyi və Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin təşkilatçılığı ilə Şəki şəhər Heydər Əliyev mərkəzində “Müstəqilliyimiz əbədidir” adlı  konsert proqramı təşkil edilib.
 Konsertdə Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov, MİHİ-nin Şəki rayonu üzrə komitəsinin sədri Rəhman Məmmədov, idarənin əməkdaşları, uşaq incəsənət və musiqi məkətbinin rəhbərləri, mədəniyyət işçiləri, Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin kollektivi və şəhər ictimaiyyəti iştirak ediblər.
Konsertdə ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 Tədbirin təşkilatçısı Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin fəaliyyətə başladığı 35 ilinin tamam olması münasibəti ilə Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov, MİHİ-nin Şəki rayonu üzrə komitəsinin sədri Rəhman Məmmədov və əvvəllər sözügedən məktəbdə rəhbər vəzifələrdə işləyən müəllimlər məktəbin keçdiyi tədris yoluna nəzər salaraq, məktəblə bağlı xoş təəssüratlarını və arzularını tamaşaçılara çatdırıblar.
 Daha sonra “Müstəqilliyimiz əbədidir” adlı adlı konsert proqramı ilə əlaqədar Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin məllimlərindən və şagirdlərindən ibarət ansambllar vətənpərvərlik mövzusunda musiqi nömrələri ilə tamaşaçılara xoş anlar yaşadıblar.
   Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin 35 illiyi ilə bağlı Şəki Regional Mədəniyyət İdarəsi, MİHİ-nin Şəki rayon komitəsi və Şəki şəhərində fəaliyyət göstərən mədəni-maarif müəssisələri tərəfindən məktəbə müxtəlif hədiyyələr və tədris prossesində seçilmiş müəllimlərə isə regional idarə və  Şəki rayon komitəsi tərəfindən fəxri fərmanlar verilmişdir.
Sonda konsertin təşkilatçılarının və  region rəisinin iştirakı ilə xatirə şəkli çəkilmişdir.