Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Oğuz​ rayonu​ multikultural​ dəyərlər​ və​ tolerantlıq​ nümunəsidir”​ movzusunda​ ​ ​ ​ekskursiya təşkil edildi

14.10.2022

Azərbaycan tarixən müxtəlif​ xalqların ,​ etnik qrupların​ yaşayış​ məskəni​ olmuş,​ onlar​ əsrlər boyu​ azərbaycanlılarla​ qardaşlıq​ ailəsində​ yaşamışlar.
Bu​ gün​ də Oğuz rayonunda müxtəlif​ millətlərin nümayəndələri​ yəni udilər, ləzgilər,​ yəhudilər,​ ruslar,​ məhsəti​ türkləri,​ avarlar,​ kkürdlər və tatarlar​ yaşayırlar.
Oktyabrın 14-də Oğuz​ rayon​ tarix-diyarşünaslıq​ muzeyinin​ təşkilatçılığı​ ilə “Oğuz​ rayonu​ multikultural​ dəyərlər​ və​ tolerantlıq​ nümunəsidir”​ mövzusunda​ ​ ​ rayon​ ​ Həbib​ Babayev​ adına​ 1​ saylı​ tam orta​ məktəbin​ VIII sinif​ şagirdləri​ üçün​ rayondakı​ ​ ​ qədim​ yəhudi​ sinaqoqlarına​ ekskursiya​ təşkil​ edilmiş və azsaylı​ xalqlara həsr olunmuş tarix​ dərsi​ keçirilmişdir.​
 Oğuz​ rayonundakı​ azsaylı​ xalqlar​ onların​ ​ Oğuz​ rayonunda​ məskunlaşması​ tarixi,​ adət-ənənələri,​ mətbəxi​ və​ Oğuzdakı​ qeyri​ millətlərlə​ qardaşlıq​ münasibətləri​ haqqında​ muzeyin​ direktoru​ Arizə​ Xudiyeva​ ətraflı​ məlumat​ vermişdir.​ Diskussiya​ şəklində​ keçirilən​ dərsin​ sonunda​ məktəblilərin​ sualları,​ onları​ maraqlandıran​ bir​ çox​ məsələlərə​ aydınlıq​ gətirilmiş,​ suallar​ cavablandırılmışdır.