Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kommunikasiya meneceri layihəsi çərçivəsində Şəkidə işçi qrupun üzvləri ilə görüş keçirildi

12.10.2022


Şəki Regional Mədəniyyət İdarəsində kommunikasiya meneceri fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar işçi qrupu yaradılıb, idarəyə tabe müəssisələrdə əlaqələndirici şəxslər təyin edilib. Şəki şəhər Heydər Əliyev Mərkəzində idarənin kommunikasiya meneceri Elvin Qarayev işçi qrupunun üzvləri və tabe müəssisələrin məsul nümayəndələri görüşüb.
İclasa başlamazdan əvvəl ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə Şəki Regional Mədəniyyət İdarəsinin kommunikasiya meneceri Elvin Qarayev öncə Mədəniyyət Nazirliyinin sözügedən layihəsi barədə məlumat verib, layihənin nazirliyin sistemində həyata keçirilən islahatların tərkib hissəsi kimi strateji kommunikasiya siyasətinin nazirliyin struktur qurumları, tabe müəssisə və təşkilatlarında effektiv şəkildə həyata keçirilməsi və sosial media fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə həyata keçirildiyini diqqətə çatdırıb.
Həmçinin, bu layihənin mədəniyyətimizin, mədəniyyət sahəsində nazirliyin, aidiyyəti müəssisə və təşkilatların fəaliyyəti, aparılan islahatlar, əlamətdar hadisə, yenilik və uğurlar barədə ölkə ictimaiyyətinin, ənənəvi mətbu imkanlarla yanaşı, müasir üsul və vasitələrlə, operativ formada məlumatlandırılması,  media subyektləri ilə, ictimaiyyətlə əlaqələrin səmərəli şəkildə qurulmasına xidmət etdiyini vurğulayıb.
Görüşdə  media və sosial media ilə iş prosesində qarşıya çıxan problemlər və onların həll yolları barədə fikir mübadiləsi aparılıb.
Görüş layihə çərçivəsində görüləcək işlərə və gələcək planlara dair aparılan müzakirələrlə davam edib.