07.10.2022
Qaxingiloy kənd mədəniyyət evi,Qaxbaş kənd mədəniyyət evi və Toppağ kitabxanası ilə birgə təşəbbüsü ilə "Şuşa Azərbaycanın mədəniyyət paytaxtı" adlı tematik gecə keçirilib.
Tədbiri giriş sözü ilə Qaxingiloy kənd mədəniyyət evinin direktoru İyaqo Qaçiaşvili tədbiri açaraq 2022-cil il "Şuşa ili"elan edilməsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbir iştirakçısı Maqvala Poladaşvili çıxış edərək söylədi ki,Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır.Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz bir parçasıdır.
Sonda azsaylı xalqların nümayəndələri olan gürcü məktəbinin şagirdləri Şuşaya,Azərbaycana ,Qarabağa həsr olunan şeirlər səsləndirmişlər.