Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz rayonunda ”Tarix yazan qəhrəmanlar” adlı ədəbi-bədii kompozisiya təşkil edilmişdir.

27.09.2022

27 sentyabr 2022-ci il tarixində Oğuz rayon M.F.Axundzadə adına Mədəniyyət Mərkəzində 27 sentyabr Anım Günü ilə əlaqədar "Tarix yazan qəhrəmanlar" adlı ədəbi-bədii kompozisiya təşkil edilmişdir.
Tədbirin əvvəlində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, 44 günlük Vətən müharibəsi haqqında videoçarx  təqdim olunmuşdur.              
   Tədbirdə Şəki Regional Mədəniyyət İdarəsinin Oğuz rayon üzrə baş məsləhətçisi  vəzifəsini müvəqqəti icra edən Elvin Qarayev, şəhid ailələri, qazi və Oğuz rayon İH-nin nümayəndəsi  Vasif İsgəndərov, Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, YAP-nın Oğuz rayon şöbəsinin əməkdaşı Mehman Ramazanlı , Oğuz rayon Mədəniyyət Mərkəzinin v.s.i.e Anar Hüseynov çıxış etmişlər.
    Tədbirin aparıcısı Baş Daşağıl kənd klubunun müdiri Rəhim Abdurəfiyev Vətən müharibəsi haqqında məlumat vermiş, Yemişənli kənd klubunun mədəni -kütləvi təşkilatçısı Aygün Dadaşova və Qarabulaq kənd klubunun dərnək üzvü Gülşən Yusubova vətənpərvərlik mövzusunda şeirlər səsləndirmişlər.
 Tədbir başa çatdıqdan sonra Vətən uğrunda şəhid olan oğullarımızı anmaq məqsədilə şəhid ailəsinə, qazilərə və tədbir iştirakçılarına rayon Mədəniyyət Mərkəzinin foyesində ehsan süfrəsi açılmışdır.
  Sonda xatirə şəkli çəkilmişdir.
   Allah bütün şəhidlərimizə rəhmət eləsin!