26.09.2022
26 sentyabr 2022-ci il tarixində Şəki Regional Ərazi Metodiki Mərkəzin rəhbəri Rəhman Məmmədov və Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov və idarənin əməkdaşları tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş 44 günlük Vətən müharibəsində şəhid olmuş oğullarımızın məzarları ziyarət edilib. Şəhidlərimizin yaxınlarına diqqət, mənəvi dayaq və qayğı göstərmək məqsədilə şəhid Allahverdiyev Vilayət Valeh oğlu və Xasıyev Röyal Abuzər oğlunun ailələrinə baş çəkiblər. Görüşdə şəhidlərimiz anılıb, onların əziz xatirəsi ehtiramla yad edilib, Vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış övladlarımızın hünərləri barədə danışılıb. Şəhid ailələri şəhidlərin şəxsi əşyalardan ibarət kolleksiyalarını tanış etmiş onlara həsr olunmuş kitab və məqalələr göstərilmişdir. Şəhidlərimizin ailələri söhbət zamanı müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsindəki tarixi qələbəmizdən bəhs edilib, rəşadətli ordumuzun işğaldakı torpaqlarımızın azad edilməsində göstərdiyi misilsiz qəhrəmanlığından danışılıb. Görüş iştirakçıları hər bir şəhid ailəsinin əziz olduğunu, onlara diqqət göstərməyin hamının mənəvi borcu olduğunu qeyd ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra Allahverdiyev Vilayət Valeh oğlu "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları və Şəhid Xasıyev Röyal Abuzər oğlu "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif ediliblər.