Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Regional Mədəniyyət İdarəsinin rəhbərliyi Şəkidə kitabxanaçılarla seminar müsavirədə görüşmüşdür

13.09.2022

 ​ Sentyabrın 22-də Şəki Regional İdarəsininin rəisi Azər Yusubov M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində Şəki MKS-nin ​ kitabxana filiallarının müdirləri ilə bərabər təşkil etdiyi seminar müşavirə görüş keçirilmişdir.

​ Şəki MKS-nin direktor vəzifəsini səlahiyyətlərini müvəqqəti icra edən ​ Kəmalə İsmayılova Şəki MKS və onun filiallarının iş prinsipləri​ haqqında region rəisinə ​ və iştirakçılara geniş məlumat vermişdir.MİHİ-nin Şəki rayon həmkarlar komitəsinin sədri Rəhman Məmmədov, idarənin məsləhətçisi Xatirə Səlimli və idarənin kadrlar üzrə mütəxəssisi Dilbazi İsmayılova kitabxana filiallarında görülən işlərdən danışaraq mövcud nöqsanların​ həlli istiqamətində təkliflərini seminar müşavirə iştirakçılarına vermişdir.

​ ​ Region rəisi Azər Yusibov MKS-nin şöbələrinə, kitabxana filiallarına nəzarətin gücləndirilməsi, əmək intizamının, iş fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, tarixi və əlamətdar günlərlə əlaqədar müxtəlif tədbirlərin keçirilməsinin vacibliyini kitabxanaçılardan tələb etmişdir.

​ ​ Sonda region rəisi kitabxana işçilərinə ​ işlərində uğurlar arzulamışdır.