Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayon MKS–nin Ağçay kənd kitabxanası “Açıq kitabxana” təşkil etmişdir.

12.09.2022

Sentyabrın 12-də Qax rayon MKS – nin Ağçay kənd kitabxanası “Açıq kitabxana” təşkil etmişdir. Açıq kitabxanada “Şuşada dünyaya gələn yazarlarımız”, “ Şuşa Azərbaycanın ən əzizi və böyük tarixi olan bir guşədir” silsiləsindən kitablar nümayiş olunmuşdur.
Uşaqlar üçün maraqlı olan yerli və xarici sehrli nağıllar, məişət nağılları, müxtəlif hekayələr, “Hökmdarlar və sərkərdələr”, “Tarixi şəxsiyyətlər” və s. seriyalarla çap olunmuş silsilə uşaq kitabları kiçikyaşlı oxucularımızın xüsusi marağına səbəb olmuşdur.
Açıq kitabxanada ayrı-ayrı oxucular, yazıçılar, şairlər, görkəmli elm və mədəniyyət xadimərinin kitabları nümayiş olunur və onların mütaliəsinə şərait yaradılır.