Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz rayonunda ”Qaranlıqlar içində közərən Çəmənzəminli ” başlıqlı məlumat saatı keçirilmişdir

12.09.2022

Sentyabrın 12-də Oğuz rayon MKS-nin Kərimli kənd kitabxanası yazıçı, dövlət xadimi Yusif Vəzir Çəmənzəminlinin 135 illik yubileyi ilə bağlı "Qaranlıqlar içində közərən Çəmənzəminli " başlıqlı məlumat saatı keçirilmişdir.
Kitabxanada əvvəlcə ədiblə bağlı olan  "Yusif Vəzir Çəmənzəminli-135 " başlıqlı sərgi təşkil edilmişdir. Tədbirdə Anar Əfəndiyev adına Kərimli kənd tam orta məktəbin Vlll sinif şagirdləri iştirak etmişdir. 
 Kitabxanaçı Məmmədova Gülnarə çıxışında qeyd etdi ki, Azərbaycanın görkəmli dövlət xadimi, yazıçı, publisist, son dərəcə mürəkkəb və ziddiyyətli həyat yolu keçmiş Yusif Vəzir Çəmənzəminli taleyin hökmü ilə ölkədən-ölkəyə, şəhərdən-şəhərə atılıb, yüksəlişin bütün sevincini, enişin əzab və məşəqqətlərini yaşamaqla ömür yolunu faciələr içində başa vurub. Bununla yanaşı, onun öz xalqına ərməğan etdiyi əsərlər və Azərbaycanın müstəqilliyi, o cümlədən Şərqin ilk demokratik dövlətinin qurulması uğrunda apardığı mübarizə  Y.V.Çəmənzəminlinin adını millətinin qəlbinə əbədi yazıb. “Məqsədimiz, amalımız Azərbaycandır”, - deyə mücadiləyə qoşulan, Azərbaycan Xalq Cümhuriyyətinin ilk diplomatlarından olan Y.V.Çəmənzəminli xüsusən İstanbuldakı elçiliyin rəhbəri kimi tarixə düşüb.
  Ədəbiyyat tariximizi özünün dəyərli, unikal əsərləri ilə zənginləşdirən maarifpərvər ziyalı, millət, vətən sevdalısı, Yusif Vəzir Çəmənzəminlinin adı bu gün də, sabah da xalqın yaddaşına işıq kimi saçılacaq mənəvi ömrü hələ qərinələr, əsrlərlə yaratdığı əsərlərində yaşayacaq.
Yusifli Fidan yazıçının həyatı və yaradıcılığı haqqında "Yusif Vəzir Çəmənzəminli-135" adlı məlumatı məruzə etmişdir.

Tədbirin sonunda kitabxanada əvvəlcə ədiblə bağlı olan  "Yusif Vəzir Çəmənzəminli-135 " başlıqlı sərgiyə baxış keçirilmişdir.