Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayon Heydər Əliyev Mərkəzində ”Sülh aylığı - dünyəvi dövlətdə və cəmiyyətdə dini tolerantlıgın önəmi” mövzusunda seminar keçirilmişdir

08.09.2022


Qax rayon Heydər Əliyev Mərkəzində  "Qax rayon Mədəniyyət Mərkəzi və Dini Qurumlar İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsinin birgə təşkilatçılıgı ilə  "Sülh aylığı - dünyəvi dövlətdə və cəmiyyətdə dini tolerantlıgın önəmi" mövzusunda seminar keçirilmişdir.

 Tədbirdə Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova, DQIDK- nin Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov,  Heydər Əliyev Mərkəzinin əməkdaşı Arzu Dunusova mövzu ətrafında  geniş çıxışlar edərək sülh aylığının cəmiyyətimiz üçün önəmindən danışdılar.

Tədbirin sonunda istirakçıları maraqlandıran suallar cavablandırılmışdır.