Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbində aparılan əsaslı təmir işləri ilə yerində tanış olmuşdur

05.09.2022

Sentyabrın 5-də  Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbində aparılan əsaslı təmir işləri ilə  yerində tanış olmuşdur.

Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Tərlan Məmmədov və  iş icraçısı Adil Bədəlov inzibati binada aparılan əsaslı təmir işləri barədə və müəssisə haqqında region rəisinə məlumat vermişdirlər.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayından Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında  Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbində əsaslı təmir işləri davam etdirilir.Yaxın zamanda təmir işləri yekunlaşacağı və tədrisin həmin binada  fəaliyyətini bərpa edəcəyi bildirilmişdir.

Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbi 1971-ci ildən fəaliyyət göstərir. Fəaliyyəti dövründə 8 ixtisas üzrə ibtidai musiqi təhsili alan məktəbin yüzlərlə məzunu ölkənin qabaqcıl orta-ixtisas və ali təhsil müəssisələrində təhsillərini davam etdirərək  hal-hazırda mədəniyyət sahəsində uğurla fəaliyyət göstərməkdədirlər.