Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə Vətən müharibəsinin şəhidi Vasif Həmidov mədəniyyət işçiləri tərəfindən yad olunub

02.09.2022

 Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov və MİHİ-nin Şəki Rayon Komitəsinin sədri Rəhman Məmmədov və mədəniyyət işçiləri  tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş 44 günlük Vətən müharibəsində şəhid olmuş oğullarımızın ailələri və  məzarları mütamadi olaraq ziyarət edilir. Şəhidlərimizin yaxınlarına diqqət, mənəvi dayaq və qayğı göstərmək məqsədilə şəhid Vasif Həmidovun məzarına və  anasına baş çəkilmışdir. 

 Görüşdə şəhidlərimiz anılıb, onların əziz xatirəsi ehtiramla yad edilib, Vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış övladlarımızın hünərləri barədə danışılıb. Şəhidin anası Nailə xanım şəhidin şəxsi əşyalardan ibarət kolleksiyasını tanış etmiş ona həsr olunmuş kitab və məqalələr göstərilmişdir. Şəhidimizin anası Nailə xanımla söhbət zamanı müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsindəki tarixi qələbəmizdən bəhs edilib, rəşadətli ordumuzun işğaldakı torpaqlarımızın azad edilməsində göstərdiyi misilsiz qəhrəmanlığından danışılıb. Görüş iştirakçıları hər bir şəhid ailəsinin əziz olduğunu, onlara diqqət göstərməyin hamının mənəvi borcu olduğunu qeyd ediblər.

Qeyd edək ki, Vasif Həmidov "Vətən uğrunda" və bir sıra medallarla təltif olunub.