Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov mədəniyyət işçiləri ilə görüş keçirmişdir

11.08.2022

Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov və mədəniyyət işçiləri ilk öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin ​ ​ abidəsinin və vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş II Vətən müharibəsinin​ şəhidlərinin məzarlarının önünə gül dəstələri qoyaraq ehtiramla yad etmişlər.

Daha sonra Şəki şəhər Nakam adına Mərkəzi Kitabxanada ​ region rəisi Azər Yusubov aparat və Şəki şəhərinin mədəni-maarif müəssisələrinin rəhbərləri ilə görüş keçirimişdir.

Görüşdə A.Yusubov təyinatı ilə bağlı Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Anar Kərimova göstərdiyi etimada görə öz dərin təşəkkürünü bildirərək bu etimadın doğrutmaq istiqamətində birlikdə səylə işləyəcəyimizi iştirakçılara bildirmişdir.

Aparat işçiləri və mədəni-maarif müəssisələrinin rəhbərləri yeni təyinatla bağlı Azər Yusubovu təbrik edib gələcək fəaliyyətində uğurlar arzulamışdılar.