Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayonunda ”Qarabağ gözəli Xurşidbanu Natəvan”  adlı dəyirmi masa keçirilmişdir

05.08.2022

 Yeni Şərif kənd Sənətkarlıq evində Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə "Qarabağ gözəli Xurşidbanu Natəvan"  adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə Yeni Şərif kəndinin sakinləri, tibb məntəqəsi və bağça işçiləri iştirak edirdi.

  Tədbiri giriş sözü ilə Yeni Şərif kənd Sənətkarlıq evinin bədii rəhbəri Rəhmanova Mehriban açaraq Xurşidbanu Natəvanın həyat və yaradıcılığı haqqında  geniş məlumat verdi. Müəssisənin rəhbəri Həsənova Elmira  və tədbir iştirakçısı Çaxıyeva Cəmilə də çıxış edərək Xan qızı Xurşidbanu Natəvan haqqında öz fikirlərini bildirdilər.

  Tədbirin sonunda məktəblilər Xurşidbanu Natəvanın şeir və qəzəllərindən parçalar səsləndirdilər.