Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhərində “Rəngləri danışdıran adam” adlı kitabın təqdimatı olub

02.08.2022

Şəkidə  “Milli Mədəniyyətimizin Təbliği” İctimai Birliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərovanın “Rəngləri danışdıran adam” adlı kitabının təqdimat mərasimi keçirilib.   

Təqdimat mərasimi “Şəki şəhər Mərkəzi kitabxanasında  təşkil olunub.Tədbirdə Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Elvin Qarayev,rayon MKS-nin kitabxana əməkdaşları, Şəki Rəsm Qalereyasının İlahə Məmmədova, eyni zamanda oxucular və kitabsevərlər  iştirak ediblər. Müəllif Jalə Cəfərova çıxış edərək yeni işıq üzü görmüş kitabda dünya şöhrətli rəssam İbrahim Safi yaradıcılığından bəhs etmişdir.

    Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Elvin Qarayev, Şəki MKS-nin direktor əvəzi Kəmalə Yusifova, kitabxananın əməkdaşı Dilbər Yaqubova və digər iştirakçılar kitab haqqında öz fikirlərini müəlliflə bölüşmüşlər.

 Daha sonra J.Cəfərova oxucuların suallarını cavablandırıb.Sonda kitabın müəllifi ilə xatirə şəkili çəkdirilmişdir.